Pxençxan-2018: Hollandiya 8-ci qızıl medalını qazanıb

Pxençxan-2018: Hollandiya 8-ci qızıl medalını qazanıb Bakı. 23 fevral. REPORT.AZ/ Hollandiyalı konkisürən Kyeld Nyoys Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Fərdi
23 Fevral , 2018 16:56
Pxençxan-2018: Hollandiya 8-ci qızıl medalını qazanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Hollandiyalı konkisürən Kyeld Nyoys Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.

“Report” xəbər verir ki, 29 yaşlı idmançı 1000 metr məsafəni 1 dəqiqə 7,95 saniyəyə qət etməklə birinci olub. Hollandiyalıdan 0,04 saniyə geri qalan norveçli Hovar Lorents gümüş, cənubi koreyalı Kim The Yun isə bürünc medal əldə edib. Sonuncu liderdən 0,27 saniyə sonra finiş xəttini keçib.

Qeyd edək ki, bu, Hollandiyanın 8-ci "qızıl"ı, ümumilikdə isə, 18-ci medalı olub. Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi