Dövlət başçısı İlham Əliyev yenidən MOK-un prezidenti seçilib

Dövlət başçısı İlham Əliyev yenidən MOK-un prezidenti seçilib Bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib
Fərdi
1 Dekabr , 2016 15:05
Dövlət başçısı İlham Əliyev yenidən MOK-un prezidenti seçilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib. 

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, seçki MOK-un bu gün keçirilən Hesabat-Seçki Konfransı çərçivəsində baş tutub: "Konfransda iştirak edən MOK üzvləri yekdilliklə, böyük həvəs və sevinc hissi ilə cənab prezidenti yenidən MOK-un prezidenti seçdilər. Bu münasibətlə idman ictimaiyyəti adından dövlətimizin başçısını təbrik edirik. Bugünkü böyük nailiyyətlərimizin əsasını idmançının əsl dostu, idmana böyük köməklik göstərən, dəstək olan cənab prezident qoyub. Ona böyük uğurlar arzulayırıq".

Qeyd edək ki, Prezident İlham Əliyev MOK-a 1997-ci ildən rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi