Portuqaliya Qran-prisi: Azərbaycan cüdoçusu finala yüksəlib

Portuqaliya Qran-prisi: Azərbaycan cüdoçusu finala yüksəlib Azərbaycanın iki cüdoçusu Portuqaliyanın Almada şəhərindəki Qran-pridə mübarizəyə başlayıb.
Fərdi
28 Yanvar , 2022 18:02
Portuqaliya Qran-prisi: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycanın iki cüdoçusu Portuqaliyanın Almada şəhərindəki Qran-pridə mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, ilk yarış günündə 60 kq-da çıxış edən Balabəy Ağayev və Rövşən Əliyev xalça üzərinə çıxıb.

1/16 finalda özbəkistanlı Bahrom Baturova ipponla qalib gələn Ağayev növbəti raundda isveçrəli Lionel Şvanderə də eyni aqibəti yaşadıb. 1/4 finalda Monqolustan təmsilçisi Tsoqt-Oçir Byambajavdan üstün olan cüdoçu yarımfinalda yaponiyalı Taiki Nakamuronu da məğlub edərək finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə cənubi koreyalı Li Ha Rim ilə qarşılaşacaq.

Əliyev isə startda braziliyalı Allan Kuvabara ilə dueldən qalib ayrılsa da, 1/8 finalda monqolustanlı Sumiyabazar Enhtayvana uduzaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın digər 3 cüdoçusu Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) isə mübarizəyə yanvarın 30-da qoşulacaq.

Son xəbərlər

Orphus sistemi