Avropa çempionatında yarışacaq Azərbaycan ağırlıqqaldıranları bəlli olub

Avropa çempionatında yarışacaq Azərbaycan ağırlıqqaldıranları bəlli olub 10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək.
Fərdi
8 Avqust , 2022 10:50
Avropa çempionatında yarışacaq Azərbaycan ağırlıqqaldıranları bəlli olub

10-18 avqust tarixlərində Polşanın Raşın kəndində 15 yaşlılar və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, yarışda 36 ölkədən 393 nəfər (192 qız, 201 oğlan) atlet iştirak edəcək.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Birinciliyə məşqçi Oqtay Muxtarovun rəhbərliyi altında Azərbaycanın 5 idmançısı qatılacaq. Onlar aşağıdakılardır:

U-15

Qızlar: Zəhra Niftəliyeva (71 kq)

Oğlanlar: Turan Əliyev (61 kq)

Yeniyetmələr (U-17)

Qızlar: Rahilə Hüseynzadə (81 kq)

Oğlanlar: Qasım İsmayılov (61 kq), Ravin Alməmmədov (67 kq)

Son xəbərlər

Orphus sistemi