"Pirelli"nin rəhbəri: "Bakıdakı yarışda strategiyanın bir çox maraqlı variantlarını görəcəksiniz"

"Pirelli"nin rəhbəri: "Bakıdakı yarışda strategiyanın bir çox maraqlı variantlarını görəcəksiniz" "Bu il Bakıdakı mərhələyə yeni gözlə baxmalıyıq"
Fərdi
1325
24 Aprel , 2018 08:02
Pirellinin rəhbəri: Bakıdakı yarışda strategiyanın bir çox maraqlı variantlarını görəcəksiniz

Bakı. 24 aprel. REPORT.AZ/ "Pirelli" şirkəti bu il Bakıya "UltraSoft", "SuperSoft" və "Soft" şinlərini gətirəcək. Nəzərə almaq lazımdır ki, bu il Azərbaycandakı mərhələ 2017-ci ildəki kimi iyunda deyil, aprel ayında keçiriləcək".

“Report” xəbər verir ki, bunu "Pirelli" şirkətinin rəhbəri Mario İzola deyib.

"Bu il Bakıdakı mərhələyə yeni gözlə baxmalıyıq. Aydındır ki, bu il komandalar başqa bir hava şəraiti altında çıxış edəcəklər – mərhələ ötən il iyun ayında keçirildiyi kimi isti olmayacaq. Ümid edirik ki, Bakıda keçirilən yarışda biz strategiyanın bir çox maraqlı variantlarını görəcəyik", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi