"Pekin-2022": Olimpiya məşəlinin dizaynı təqdim olundu

"Pekin-2022": Olimpiya məşəlinin dizaynı təqdim olundu 2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışın məşəlinin dizaynını təqdim edib.
Fərdi
4 Fevral , 2021 20:01
Pekin-2022: Olimpiya məşəlinin dizaynı təqdim olundu

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışın məşəlinin dizaynını təqdim edib.

"Report" Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytına istinadən xəbər verir ki, məşəlin görünüşü hər il Oyunların başlamasına 1 il qalmış təşkil olunan ənənəvi tədbir zamanı nümayiş etdirilib.

Çinin estetik dəyərini, ənənəsini və inkişaf etmiş texnologiyasını özündə əks etdirən dizayn münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, "Pekin-2022" gələn il 4-20 fevralda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi