Pekin-2022: Britaniyalı körlinqçi əlil arabasından yıxılaraq zədələnib

Pekin-2022: Britaniyalı körlinqçi əlil arabasından yıxılaraq zədələnib Pekin-2022 Qış Olimpiya Oyunlarında Kanada ilə görüş zamanı Böyük Britaniya körlinqçisi Devid Melrouz əlil arabasından yıxılıb.
Fərdi
11 Mart , 2022 11:29
Pekin-2022: Britaniyalı körlinqçi əlil arabasından yıxılaraq zədələnib

Pekin-2022 Qış Olimpiya Oyunlarında Kanada ilə görüş zamanı Böyük Britaniya körlinqçisi Devid Melrouz əlil arabasından yıxılıb.

"Report"un məlumatına görə, Melrouz hərəkəti düzgün yerinə yetirmədiyi üçün ağır zədə alıb. O, meydançadan xərəkdə aparılıb.

56 yaşlı paralimpiyaçı 5-ci hissənin gedişində yerə əyilərək öz fırçasını götürmək istəyib. Bu zaman Melrouz arabada özünü saxlaya bilməyərək, aşıb. O, yenidən durmaq istədikdə ikinci dəfə yıxılıb və hərəkətsiz qalıb. Hadisə yerinə həkimlər gəliblər.

İnsidentlə əlaqədar fasilə 15 dəqiqəyədək çəkib. Melrouz matçı davam etdirə bilməyib. Onun çiyninin çıxdığı bildirilir.

Qeyd edək ki, görüş Kanadanın qələbəsi ilə yekunlaşıb - 6:3.

Son xəbərlər

Orphus sistemi