Pekin-2022: Azərbaycan təmsilçisinin yekun mövqeyi məlum olub

Pekin-2022: Azərbaycan təmsilçisinin yekun mövqeyi məlum olub Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində mübarizəyə start verib.
Fərdi
17 Fevral , 2022 18:00
Pekin-2022: Azərbaycan təmsilçisinin yekun mövqeyi məlum olub

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabovanın final mərhələsindəki yekun mövqeyi bəlli olub. 

"Report"un məlumatına görə, 19 yaşlı idmançı yarışı 179,97 xalla 15-ci pillədə başa vurub.

Ryabova sərbəst proqramda 118,15 xala, qısa proqramda isə 61,82 xala layiq görülüb.

Olimpiya çempionluğunu 255,95 xalla Rusiya Olimpiya Komitəsini (OKR) təmsil edən Anna Şerbakova qazanıb. Onun həmyerlisi Aleksandra Trusova (251,73) ikinci, yaponiyalı Kaori Sakamoto (233,13) üçüncü olub. Digər OKR təmsilçisi Kamilə Vəliyeva isə 224,09 xalla 4-cü yeri tutub.

15:32

Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub.

"Report"un məlumatına görə, 19 yaşlı idmançı sərbəst proqramda 118,15 xala layiq görülüb.

Ryabova 25 idmançının qatıldığı yarışda hazırda 179,97 xalla 4-cü pillədə qərarlaşıb. Beləliklə, o, növbəti konkisürənlərin nəticələrindən asılı olmayaraq, ilk "3-lüy"ə düşə bilməyib və medalsız qalıb.

Konkisürən fevralın 15-də qısa proqramda 61,82 xalla 16-cı olub və "25-liy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

15:25

Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində mübarizəyə start verib.

"Report"un məlumatına görə, 19 yaşlı idmançı Bakı vaxtı ilə saat 14:00-da start verilən yarışda buz üzərinə 10-cu çıxıb.

Konkisürən fevralın 15-də qısa proqramda 61,82 xalla 16-cı olub və "25-liy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi