Paris-2024: Triatlonçuların üzgüçülük məşqləri Senadakı çirkli su səbəbindən ləğv edilib

Paris-2024: Triatlonçuların üzgüçülük məşqləri Senadakı çirkli su səbəbindən ləğv edilib Bazar gününə planlaşdırılan triatlonçuların üzgüçülük məşqi Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən ləğv edilib.
Fərdi
28 İyul , 2024 09:43
Paris-2024: Triatlonçuların üzgüçülük məşqləri Senadakı çirkli su səbəbindən ləğv edilib

Bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqləri Sena çayında suyun keyfiyyətinin aşağı olmasına görə ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin kifayət qədər zəmanət vermədiyi üçün triatlon tədbirinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər”, - deyə məlumatda bildirilib.

Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.

Qeyd edək ki, Sena çayının “E.coli” və “enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.

Son xəbərlər

Orphus sistemi