Paris-2024: Sonuncu gündə 7-ci medal ümidi

Paris-2024: Sonuncu gündə 7-ci medal ümidi Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının sonuncu günündə Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.
Fərdi
11 Avqust , 2024 06:50
Paris-2024: Sonuncu gündə 7-ci medal ümidi

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının sonuncu günündə Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.

“Report” xəbər verir ki, sərbəst güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda yarışacaq.

Onun rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək. Güləş yarışları saat 13:00-da start götürəcək.

Qeyd edək ki, Paris-2024-ün bağlanış mərasimi bu gün keçiriləcək. Yarışlarda indiyədək idmançılarımız Azərbaycanın aktivinə 6 medal yazdırmağı bacarıb. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi