Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub - YENİLƏNİB - 2
- 06 avqust, 2024
- 17:35
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi - Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjava finala vəsiqə qazana bilməyib.
Dolqorjavanın finala gedən yolda ABŞ-li Sara Hildebranta uduzması Stadnikin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
15:22
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.
Rəqib sonuncu xal prinsipinə (4:4) əsasən mərhələ adlayıb. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
14:34
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.
Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.