Paris-2024: Azərbaycanın kamandan oxatanı mübarizəni 1/16 finalda dayandırıb - YENİLƏNİB
- 30 iyul, 2024
- 17:12
Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
"Report" xəbər verir ki, təmsilçimiz 1/16 finalda almaniyalı Mişel Kroppenlə görüşüb.
Mübarizə Y.Ramazanovanın məğlubiyyəti ilə başa çatıb - 2:6.
Qeyd edək ki, idmançımız 1/32 finalda çinli An Qixuana qalib gəlmişdi.
20:52
Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
"Report" xəbər verir ki, təmsilçimiz 1/32 finalda çinli An Qixuanla görüşüb.
Mübarizə Y.Ramazanovanın üstünlüyü ilə başa çatıb - 6:5.
Bu nəticənin ardından idmançımız 1/16 finala yüksəlib. Onun bu raunddakı rəqibi almaniyalı Mişel Kroppen olacaq.
Qeyd edək ki, Yaylagül Ramazanova sıralama turunda 647 xalla 39-cu yeri tutmuşdu.