Yuxarı

Özbəkistan gimnastı karyerasında 7-ci dəfə olimpiadaya vəsiqə qazanıb

Oksana Çusovitina rekorda yaxındır

Bakı. 18 aprel. REPORT.AZ/ SSRİ yığmasının tərkibində ikiqat dünya çempionu olmuş idman gimnastı Oksana Çusovitina Özbəkistan təmsilçisi kimi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un məlumatına görə, Rio-de-Janeyroda keçirilmiş test turnirində 40 yaşlı idmançı 45-ci yeri tutub.

Bu nəticə qarşıdakı olimpiadaya vəsiqə üçün kifayət edib. Yenə Olimpiya səhnəsinə çıxacağı təqdirdə, o, 7 Yay Olimpiya Oyunlarında çıxış etmiş ilk gimnast kimi tarixə düşəcək.

Qeyd edək ki, Oksana Çusovitina "Barselona-1992"dən etibarən ardıcıl 6 olimpiadaya qatılıb. O, birləşmiş komandada ilk böyük sınağında Olimpiya çempionu olub. 1991-ci ildə isə Çusovitina ABŞ-ın İndianapolis şəhərindəki dünya çempionatında 2 qızıl, 1 gümüş medala yiyələnib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi