Ötən ilin ən çox izlənilən idman yarışları açıqlandı

Ötən ilin ən çox izlənilən idman yarışları açıqlandı 2020-ci ildə ən çox izlənilən idman yarışlarının siyahısı açıqlanıb
Fərdi
8 Fevral , 2021 15:04
Ötən ilin ən çox izlənilən idman yarışları açıqlandı

2020-ci ildə ən çox izlənilən idman yarışlarının siyahısı açıqlanıb.

"Report" xəbər verir ki, "Shareablee"nin araşdırmasına əsasən, sıralamaya "Formula 1" üzrə dünya çempionatı başçılıq edir.

Pandemiyaya baxmayaraq, ötən il yarışı 87,4 milyon tamaşaçı izləyib. Bu, 2019-cu illə müqayisədə, 4,5 faiz az olsa da, digər idman növləri arasında ən yaxşı göstəricidir.

İkinci pillədə Almaniya Bundesliqası qərarlaşıb. Sözügedən çempionatı izləyənlərin ümumi nisbəti 48 faiz təşkil edib. Eyni göstəriciyə malik Mütləq Döyüş Çempionatı (UFC) 3-cü sırada yer alıb.

İtaliya A Seriyası 44 faizlə 4-cü, İspaniya La Liqası isə 27 faizlə 5-ci olub.

Qeyd edək ki, nəticələr hesablanarkən telekanallarla yanaşı, yarışların feysbuk, tvitter, instaqram və yutubdakı rəsmi hesablarının izləyiciləri də nəzərə alınıb.

Son xəbərlər

Orphus sistemi