Operativ Qərargahdan "Formula 1"lə bağlı açıqlama

Operativ Qərargahdan "Formula 1"lə bağlı açıqlama Formula 1 yarışının keçirilməsi ilə bağlı məndə məlumat yoxdur.
Fərdi
4 İyun , 2020 18:15
Operativ Qərargahdan Formula 1lə bağlı açıqlama

"Formula 1" yarışının keçirilməsi ilə bağlı məndə məlumat yoxdur".

"Report"un məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, növbəti brifinqlərdə hər hansı informasiya olarsa, açıqlanacaq: "Siz Operativ Qərargaha müraciət edərək məlumat ala bilərsiniz. Amma bildiyiniz kimi, hazırda kütləvi tədbirlərə icazə verilmir".

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi. Pandemiyaya görə təxirə salınan Azərbaycan Qran-prisinin təşkili sual altındadır.

Son xəbərlər

Orphus sistemi