On altı yaşlı idmançı başı ilə beton blokları qırmaqda dünya rekordu müəyyənləşdirib - VİDEO

On altı yaşlı idmançı başı ilə beton blokları qırmaqda dünya rekordu müəyyənləşdirib - VİDEO O, 35 saniyə ərzində başla 111 beton blok qırıb
Fərdi
27 Mart , 2017 15:01
On altı yaşlı idmançı başı ilə beton blokları qırmaqda dünya rekordu müəyyənləşdirib - VİDEO
AP

Bakı. 27 mart. REPORT.AZ/ On altı yaşlı bosniyalı taekvondo ustası Kərim Əhmədspahik başı ilə beton blokları qırmaqda dünya rekordu müəyyənləşdirib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, o, 35 saniyə ərzində başla 111 beton blok qırıb.

Rekord martın 25-də Visoko şəhərində qeydə alınıb. Videodan da görüdüyü kimi, gənc çempion başla beton blokları qırıb salto şəklində fırlanır.

Rekord müəyyənləşdirdikdən sonra Kərim bu işdə məqsədə çatması üçün ona kömək edənlərə - valideynlərinə və məşqçisinə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi