Olimpiya Təsnifat Turniri: Dörd güləşçimiz yarımfinalda

Olimpiya Təsnifat Turniri: Dörd güləşçimiz yarımfinalda Avropa Olimpiya Təsnifat Turnirinə start verilib
Fərdi
18 Mart , 2021 18:24
Olimpiya Təsnifat Turniri: Dörd güləşçimiz yarımfinalda

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinə start verilib.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayıb.

Onlardan 4-ü yarımfinala yüksəlib. 57 kq çəki dərəcəsində mübarizə aparan İslam Bazarqanov ardıcıl olaraq Niklas Steşele (Almaniya) və Razvan Kovaçı (Rumıniya) məğlub edib. Bazarqanov yarımfinalda Georgi Valentinov Vangelovla (Bolqarıstan) üz-üzə gələcək.

3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) yarımfinala gedən yolda George Ramm (Böyük Britaniya) və Selahattin Kılıçsallayandan (Türkiyə) güclü olub. Titullu idmançı finala vəsiqə qazanmaq üçün Maksim Sakultanın (Moldova) müqavimətini qırmağa çalışacaq.

74 kq-dakı Hacımurad Hacıyev Andre Afa (Fransa) və Murad Kuramaqomedova (Macarıstan) qalib gəlib. Hacıyev yarımfinalda Maksim Vasilioğlu (Rumıniya) ilə görüşəcək.

Abubakr Abakarov (86 kq) İştvan Verebi (Macarıstan) məğlub etsə də, 1/4 finalda Osman Göçenlə (Türkiyə) bacarmayıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Camaləddin Məhəmmədov Tapani Heynonu (Finlandiya) məğlub edib. Onun yarımfinaldakı rəqibi Gennadi Kudinoviç (Almaniya) olacaq.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi