"Olimpiya tarixi, idman siyasəti" kitabının təqdimat mərasimi keçirilib

"Olimpiya tarixi, idman siyasəti" kitabının təqdimat mərasimi keçirilib Müəllif kitabın Azərbaycan idmanına, Olimpiya hərəkatına layiqli töhfə olduğunu vurğulayıb
Fərdi
21 Dekabr , 2016 14:55
Olimpiya tarixi, idman siyasəti kitabının təqdimat mərasimi keçirilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayevin müəllifi olduğu "Olimpiya tarixi, idman siyasəti" kitabının təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, üç dildə nəşr olunan kitabın təqdimat mərasimində gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. 

Çıxış edənlər əsərin əhəmiyyətini yüksək qiymətləndirib, kitabda Olimpiya Oyunlarının yaranması, Olimpiya hərəkatının inkişafı, onun xalqlar arasında əlaqələrin möhkəmlənməsində rolu, Olimpiya dəyərələri, Azərbaycan idmanının inkişaf mərhələləri, müasir idman infrastrukturunun yaranması barədə geniş məlumatın toplandığını bildiriblər.

Sonda müəllif hər kəsə öz təşəkkürünü bildirib və kitabın Azərbaycan idmanına, Olimpiya hərəkatına layiqli töhfə olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi