Olimpiya mükafatçısı komaya düşüb

Olimpiya mükafatçısı komaya düşüb Yelle van Qorkom məşq zamanı ağır qəza keçirib
Fərdi
11 Yanvar , 2018 11:13
Olimpiya mükafatçısı komaya düşüb

Bakı. 11 yanvar. REPORT.AZ/ Velosiped idmanının BMX növü üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yelle van Qorkom komaya düşüb.

“Report” “Frans Press”ə istinadən xəbər verir ki, 27 yaşlı hollandiyalı idmançı məşq zamanı qəza keçirib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən van Qorkomun üz sümükləri, qabırğaları sınıb. Həmçinin, onun qaraciyəri, dalaq və böyrəyi zədələnib.

Qeyd edək ki, bu il iyunun 5 - 9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi