Olimpiya komandalarının əksəriyyəti koronavirusa görə peyvənd olunub

Olimpiya komandalarının əksəriyyəti koronavirusa görə peyvənd olunub Bu barədə Tomas Bax mətbuat konfransında məlumat verib
Fərdi
11 Mart , 2021 16:09
Olimpiya komandalarının əksəriyyəti koronavirusa görə peyvənd olunub

Olimpiya komandalarının əhəmiyyətli hissəsi Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində koronavirusa qarşı peyvənd olunub.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax mətbuat konfransında məlumat verib.

IOC rəhbərinin sözlərinə görə, bir sıra komandalar isə bu məsələ ilə bağlı dövlət qurumlarından öhdəlik alıb və ya bu mövzuda müsbət yöndə danışıqlar aparırlar.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi