​Olimpiya çempionu: "Azərbaycana yalnız qonaq kimi gedə bilərəm"

​Olimpiya çempionu: "Azərbaycana yalnız qonaq kimi gedə bilərəm" 23 yaşlı idmançı gələcəkdə də Qazaxıstanda qalacağını bildirib
Fərdi
11 Avqust , 2016 05:48
​Olimpiya çempionu: Azərbaycana yalnız qonaq kimi gedə bilərəm

Bakı. 11 avqust. REPORT.AZ/ "Azərbaycana yalnız qonaq kimi gedə bilərəm".

"Report"un məlumatına görə, bunu Qazaxıstan yığmasına 77 kq. çəki dərəcəsində olimpiya çempionluğu qazandıran əslən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov deyib.

23 yaşlı idmançı gələcəkdə də Qazaxıstanda qalacağını bildirib: "Bu ölkəyə uyğunlaşmışam".

Rəhimov "Çempion olduqda ölkən barədə düşündünmü?" sualını isə belə cavablandırıb:

"Mən yalnız məşqlər haqda fikirləşirdim. Düşünürdüm ki, bu gündən ötrü nə qədər işlədim, güc sərf etdim. Normal insanlar yatanda biz məşq edirdik. Qazaxıstanda qar dizdən olanda biz məşqlərə gedirdik. Bax, bu əziyyətim barədə düşünürdüm. Mənə dəstək olan ölkəyə minnətdaram. Bilirəm ki, məni televiziya vasitəsilə də dəstəkləyirdilər. Onlar da sağ olsunlar!"

Nicat Rəhimov Azərbaycan yığmasını 2014-cü ilin avqustunda tərk edib.

Son xəbərlər

Orphus sistemi