Olimpiadanın banisi yenidən dəfn oluna bilər

Olimpiadanın banisi yenidən dəfn oluna bilər Beynəlxalq Olimpiya Komitəsinin (IOC) üzvü Gi Drü təşkilatın və müasir Olimpiya Oyunlarının banisi Pyer de Kuberten yenidən dəfn oluna bilər.
Fərdi
3 Fevral , 2022 13:41
Olimpiadanın banisi yenidən dəfn oluna bilər

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) üzvü Gi Drü təşkilatın və müasir Olimpiya Oyunlarının banisi Pyer de Kuberten yenidən dəfn oluna bilər.

"Report"un məlumatına görə, Drü IOC-un 139-cu Sessiyasında fransalı mərhum idman xadiminin Parisdəki məbəddə torpağa verilməsini təklif edib.

O, Fransa prezidenti Emmanuel Makrona məsələyə baxılması üçün komissiya yaratması xahişi ilə müraciət ünvanlayıb. Həmin panteonda bəşəriyyət tarixində inanılmaz təsir qüvvəsinə malik məşhur fransalılar dəfn olunub.

Drünün fikrincə, yenidən dəfn olunma 2024-cü ildə Fransa paytaxtında keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində yerinə düşər. O, de Kubertenin varislərinin də belə bir təşəbbüsü dəstəklədiklərini əlavə edib.

IOC prezidenti Tomas Bax Drüyə bu layihəni həyata keçirməkdə uğurlar arzulayıb.

Qeyd edək ki, Pyer de Kuberten olimpiadanın bərpası layihəsini 1892-ci ildə təqdim edib. İlk müasir Oyunlar 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilib. O, 1937-ci ildə sentyabrın 2-də 74 yaşında vəfat edib və IOC-un mənzil-qərargahının yerləşdiyi Lozanna şəhərində dəfn olunub. Onun ürəyi isə ayrıca olaraq Yunanıstanda qədim Olimpiyanın xarabalıqları önündəki xatirə abidəsində torpağa verilib.

Son xəbərlər

Orphus sistemi