Olimpiadada medal qazanacaq Azərbaycan idmançıları üçün mükafatın məbləği iyulda müəyyənləşəcək

Olimpiadada medal qazanacaq Azərbaycan idmançıları üçün mükafatın məbləği iyulda müəyyənləşəcək Bayraqdarın kim olacağına da hələ aydınlıq gəlməyib
Fərdi
12 may 2016 09:57
Olimpiadada medal qazanacaq Azərbaycan idmançıları üçün mükafatın məbləği iyulda müəyyənləşəcək

Bakı. 12 may. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan yığmasının bayraqdarı hələ müəyyənləşməyib. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. 

O bildirib ki, olimpiadada yüksək yerlər tutacaq idmançılara mükafatların həcmini prezident İlham Əliyev təyin edəcək: "Mükafatın məbləği iyulda Prezidentin imzalayacağı sərəncama əsasən müəyyənləşəcək".

Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 2016-cı ilin avqustun 5-də başlayacaq və 21-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi