"Olimpiada-2016"nın iştirakçısı 50 kq narkotikə görə azadlıqdan 8,5 il məhrum olunub

"Olimpiada-2016"nın iştirakçısı 50 kq narkotikə görə azadlıqdan 8,5 il məhrum olunub Holland yüngül atleti Madiya Qafur narkotik qaçaqmalçılığına görə məhkəmə tərəfindən 8,5 il müddətinə azadlıqdan məhrum edilib
Fərdi
5 Noyabr , 2019 05:52
Olimpiada-2016nın iştirakçısı 50 kq narkotikə görə azadlıqdan 8,5 il məhrum olunub

Holland yüngül atleti Madiya Qafur narkotik qaçaqmalçılığına görə məhkəmə tərəfindən 8,5 il müddətinə azadlıqdan məhrum edilib

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Atlet məhkəmədə narkotik vasitəni kimdən aldığını açıqlamaqdan imtina edib. Qafur bildirib ki, özünü günahkar hesab etmir və hökmdən şikayət etmək niyyətindədir.

Qeyd edək ki, atlet 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçirilmiş Olimpiya oyunlarında iştirak edib. O, Qətərdə (Doha) keçiriləcək 400 m-ə qaçış üzrə dünya çempionatında çıxış etməli idi.

Xatırladaq ki, Madiya Qafur iyunun 18-də na məxsus avtomobildə 50 kq metamfetamin və ekstazini aşkarlanması ilə əlaqədar həbs edilib. Narkotik vasitə 2 milyon avro qiymətləndirilir. Qafur narkotik vasitələri Almaniyadan Niderlanda aparmağa çalışarkən gömrük xidmətində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi