Nyu-Yorkda küçələrin birinə Məhəmməd Əlinin adı verilib

Nyu-Yorkda küçələrin birinə Məhəmməd Əlinin adı verilib Bu küçədə əfsanəvi boksçunun rinqə çıxdığı stadion yerləşir
Fərdi
9 İyun , 2016 16:41
Nyu-Yorkda küçələrin birinə Məhəmməd Əlinin adı verilib

Bakı. 9 iyun. REPORT.AZ/ Nyu-Yorkda Manxetten rayonundakı küçələrin birinə əfsanəvi boksçu Məhəmməd Əlinin adı verilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, həmin küçədə əfsanəvi boksçunun rinqə çıxdığı stadion yerləşir.

33-cü küçə və 7-ci prospektin kəsişməsində, "Madison Square Garden" tinində "Muhammad Ali Way" lövhəsi vurulub. 

Xatırladaq ki, bu gün boksçunun doğma şəhəri olan Luisvilldə 74 yaşında vəfat edən əfsanəvi boksçu Məhəmməd Əli ilə ikigünlük vida mərasimi başlayacaq. 

Son xəbərlər

Orphus sistemi