Nurməhəmmədov - Ferqyuson döyüşünün biletləri geri qaytarılır

Nurməhəmmədov - Ferqyuson döyüşünün biletləri geri qaytarılır Tamaşaçılar Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyuson arasında ABŞ-ın Nyu-York şəhərində keçirilməli olan döyüşün biletlərini geri qaytara bilərlər.
Fərdi
19 Mart , 2020 13:03
Nurməhəmmədov - Ferqyuson döyüşünün biletləri geri qaytarılır

Tamaşaçılar Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyuson arasında ABŞ-ın Nyu-York şəhərində keçirilməli olan döyüşün biletlərini geri qaytara bilərlər.

 "Report”un məlumatına görə, bu barədə UFC-nin bəyanatında bildirilib. Qeyd olunub ki, bilet sahibləri pullarını tam şəkildə geri ala bilərlər. Onlayn sifarişlər isə avtomatik qaytarılacaq".

Xatırladaq ki, Nurməhəmmədov - Ferqyuson döyüşü aprelin 18-də baş tutmalı idi. Ötən gün Nyu-York Atletika Komissiyası görüşün koronavirus pandemiyasına görə həmin ştatda təşkil olunmayacağını açıqlayıb.

Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

Son xəbərlər

Orphus sistemi