"Norway Chess": Şəhriyar Məmmədyarov növbəti dəfə məğlub olub

"Norway Chess": Şəhriyar Məmmədyarov növbəti dəfə məğlub olub Azərbaycanın Norveçin Stavanqer şəhərində keçirilən Norway Chess turnirində yeganə təmsilçisi olan Şəhriyar Məmmədyarov növbəti dəfə məğlubiyyətlə üzləşib.
Fərdi
13 İyun , 2019 06:48
Norway Chess: Şəhriyar Məmmədyarov növbəti dəfə məğlub olub

Azərbaycanın Norveçin Stavanqer şəhərində keçirilən "Norway Chess" turnirində yeganə təmsilçisi olan Şəhriyar Məmmədyarov növbəti dəfə məğlubiyyətlə üzləşib.

"Report" xəbər verir ki, o, 7-ci turda çinli rəqibi Din Lijenə 0:2 hesabı ilə uduzub.

Digər qarşılaşmalarda bu nəticələr qeydə alınıb:

Aleksandr Qrişuk (Rusiya) - Maksim Vaşye-Laqrav (Fransa) – 0,5 – 1,5

Uesli So (ABŞ) - Maqnus Karlsen (Norveç) - 0,5-1,5;

Yuy Yani (Çin) - Levon Aronyan (Ermənistan) - 0,5-1,5;

Fabiano Karuana (ABŞ) - Vişvanatan Anand (Hindistan) - 1,5-0,5.

Yeddi turdan sonra turnirə Karlsen (11 xal) liderlik edir, ardınca Aronyan (9), Yuy Yani (8,5), Din Lijen (7,5), So (7), Karuana (6,5), Vaşye-Laqrav və Anand (hərəyə 6 xal), Məmmədyarov (5) və Qrişuk (3,5) qərarlaşıb.

Şəhriyar 8-ci turda Uesli So ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi