Yuxarı
    Bağlamaq

    Norveç yığmasının futbolçusu: "Azərbaycana qələbə üçün gedirik"

    Azərbaycan xal baxımından xəsis komandadır

    Bakı. 7 oktyabr. REPORT.AZ/ "San Marino ilə oyundan 6 xal götürməliyik. Düşünürəm ki, maksimum nəticə göstərmək istəyiriksə, Azərbaycana da bu məqsədlə getməliyik". 

    "Report"un məlumatına görə, bunu dünya çempionatının seçmə qrup mərhələsində sabah Azərbaycan millisi ilə qarşılaşacaq Norveç yığmasının futbolçusu Pol Andre Hellan deyib.

    Bakıya səfər haqda danışan yarımmüdafiəçi Robert Prosineçkinin rəhbərlik etdiyi komanda ilə görüşün çətin keçəcəyini bildirib: "Azərbaycan xal baxımından xəsis komandadır. Buna görə də çətin olacaq. Ancaq maksimum nəticə göstərmək istəyiriksə, mübarizədən qalib ayrılmalıyıq. Gücümüzə qarşı ədalətli olmalıyıq. Gücümüz var və bu səbəbdən Azərbaycana qalib gəlməliyik. Baxmalıyıq ki, biz nə əldə edə bilərik".

    Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi