Nicat Məmmədli: "Erməniyə qalib gəlmək çox gözəl hissdir"

Nicat Məmmədli: "Erməniyə qalib gəlmək çox gözəl hissdir" "Bu rəqiblə əvəllər görüşməmişəm. İlk dəfə qarşılaşırdıq. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Məşqçilərimə, mənə dəstək olan insanlara təşəkkürümü bildirirəm. Çox sevinirəm. Qələbəmi şəhidlərimizə həsr edirəm".
Fərdi
7 Sentyabr , 2021 15:45
Nicat Məmmədli: Erməniyə qalib gəlmək çox gözəl hissdir

"Bu rəqiblə əvəllər görüşməmişəm. İlk dəfə qarşılaşırdıq. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Məşqçilərimə, mənə dəstək olan insanlara təşəkkürümü bildirirəm. Çox sevinirəm. Qələbəmi şəhidlərimizə həsr edirəm".

"Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu I MDB Oyunlarının qalibi olan Azərbaycan samboçusu Nicat Məmmədli deyib.

58 kq-da qızıl medal qazanan idmançı yarışdakı çıxışını dəyərləndirib: "İlk görüşdə əvvəllər məğlub etdiyim idmançıya qalib gəldim. Növbəti qələbə isə məni finala çıxardı. Final görüşü çətin olsa da, qızıl medal qazandım. Bayrağımızı ucaltdığım üçün sevinirəm. Çempion olacağıma inanırdım".

Yarımfinalda Ermənistan idmançısı David Ovsepyanı məğlub edən Məmmədli bunun çox gözəl hiss olduğunu söyləyib: "Torpaqlarımızı azadlığı uğrunda şəhid olan qardaşlarımız cənnətdədir. Biz də öz sözümüzü döşəkdə deyirik. Başda valideynlərim olmaqla, hamıya təşəkkür edirəm. Finalda bildiyim bütün xüsusi fəndləri işlətdim, bacardığımı etdim. Hamısı alındı".

Məmmədlinin sözlərinə görə, bundan əvvəl gənclər arasında Avropa çempionatında 2-ci yeri tutub: "Amma həmin nəticə məni qane etmirdi. Burada çempion olmaqla sözümü dedim. İkinci medalımdır. İnanıram ki, bundan da yaxşı medalımız olar. Vətənimizin adını, bayrağımızı hər yerdə uca edərik".

Son xəbərlər

Orphus sistemi