Nəriman Abbasovun Astanadakı döyüşü təxirə salınıb
Fərdi
- 07 mart, 2023
- 16:38
Azərbaycanın yüngül çəkidə MMA idmançısı Nəriman Abbasovun "Naiza Fighting Championship" turnirində qazaxıstanlı Fanil Rafikovla keçirməli olduğu döyüş təxirə salınıb.
"Report" turnirin rəsmi saytına istinadən xəbər verir ki, buna rəqib döyüşçünün zədələnməsi səbəb olub. Qarşılaşma martın 18-də Qazaxıstanın paytaxtı Astanadakı "Jekpe Jek" idman kompleksində baş tutmalı idi.
"Sports.ru" nəşrinə açıqlama verən Rafikov döyüşə çıxa bilməyəcəyi üçün MMA həvəskarlarından üzr istəyib. O, rinqə may və ya iyun ayında qayıdacağını söyləyib.
Qeyd edək ki, Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.
Son xəbərlər
11:58
Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
Fərdi11:57
"Karvan-Yevlax" heyətini Nemət Şixamirovla gücləndirib
Futbol11:46
Azərbaycanda 7 ayda dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib
Maliyyə11:42
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 37 %-ə yaxın artıb
Maliyyə11:40
Azərbaycanın bank sektorunun xalis mənfəəti 26 %-ə yaxın artıb
Maliyyə11:39
Azərbaycanın bank sektorunun aktivləri 10 %-ə yaxın artıb
Maliyyə11:36
İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST
Futbol11:29
Foto
Azərbaycan Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub
Biznes11:28
Foto