Nepomnyaşi Karlsenə qarşı Rusiya bayrağı altında çıxış etməyəcək

Nepomnyaşi Karlsenə qarşı Rusiya bayrağı altında çıxış etməyəcək İddiaçılar Turnirinin qalibi olan rusiyalı şahmatçı Yan Nepomnyaşi dünya şahmat tacı uğrunda görüşdə öz ölkəsinin bayrağı altında çıxış edə bilməyəcək.
Fərdi
1 May , 2021 12:42
Nepomnyaşi Karlsenə qarşı Rusiya bayrağı altında çıxış etməyəcək
Maqnus Karlsen və Yan Nepomnyaşi

İddiaçılar Turnirinin qalibi olan rusiyalı şahmatçı Yan Nepomnyaşi dünya şahmat tacı uğrunda görüşdə öz ölkəsinin bayrağı altında çıxış edə bilməyəcək.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Marketinq və kommunikasiyalar üzrə direktoru Devid Layada açıqlama verib.

O bildirib ki, Nepomnyaşi norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşmasına "neytral oyunçu" statusu ilə çıxacaq. Oyun zamanı Rusiya Federasiyasının simvolları - bayraq, gerb və himn olmayacaq.

Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyi Rusiya idmançılarının Olimpiya Oyunları və dünya çempionatlarında, habelə, dünya çempionluğu uğrunda matçlarda iştiraklarına qadağa qoyub. Maqnus Karlsen - Yan Nepomnyaşi görüşü 24 noyabr - 16 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi