"Neftçi"nin baş məşqçisi: "Oyunla bağlı danışılası söz yoxdur"

"Neftçi"nin baş məşqçisi: "Oyunla bağlı danışılası söz yoxdur" "Öncə xalqımızı təbrik edirəm. Əsgərlərimiz var olsunlar. Bizə bu hissləri yaşatdılar". "Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının IX turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları oyundan
Fərdi
8 Noyabr , 2020 17:20
Neftçinin baş məşqçisi: Oyunla bağlı danışılası söz yoxdur
Füzuli Məmmədov

"Öncə xalqımızı təbrik edirəm. Əsgərlərimiz var olsunlar. Bizə bu hissləri yaşatdılar".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının IX turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, oyunla bağlı danışılası söz yoxdur: "Məğlub olduq. Rəqibi təbrik edirəm".

Onun sözlərinə görə, bu məğlubiyyət böhran deyil: "Erkən qollardan sonra komandamız ruhdan düşdü. Nəticədə futbolçular oyundan qopdular. Oyunu analiz edib, dəyişiklikləri müzakirə edəcəyik".

Məmmədov çempionluqdan qopmadıqlarını söyləyib: "Qarşıda hələ çox oyun var".

Baş məşqçi ilk hissədəki erkən dəyişikliklərin səbəbini açıqlayıb: "Qol vurmaq istəyirdik. Ona görə buna əl atdıq. Yenə deyirəm, erkən buraxılan qollar bizə çox təsir etdi. Sonradan çox çalışsaq da, alınmadı. Düzdür, bizim üçün bu, normal hal deyil. Fasilədə komandanı psixoloji çətinlikdən çıxarmağa çalışacağıq".

Son xəbərlər

Orphus sistemi