Nazir Tokio olimpiadasının ləğv olunma ehtimalını istisna etmədi

Nazir Tokio olimpiadasının ləğv olunma ehtimalını istisna etmədi Yaponiyanın İnzibati və Normativ İslahatlar naziri Taro Kono Tokio Yay Olimpiya Oyunlarının ləğvi ehtimalını etiraf edib.
Fərdi
15 Yanvar , 2021 16:03
Nazir Tokio olimpiadasının ləğv olunma ehtimalını istisna etmədi

Yaponiyanın İnzibati və Normativ İslahatlar naziri Taro Kono Tokio Yay Olimpiya Oyunlarının ləğvi ehtimalını etiraf edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, nazir hər hansı ssenarini istisna etmədiyini vurğulayıb.

“Bütün ssenarilərin mümkün olduğunu söyləməliyəm. Beynəlxalq Olimpiya Komitəsi B və C Planı barədə düşünməlidir. Vəziyyət çətindir. Əlavə planları olmalıdır", - deyə Kono bildirib.

Daha əvvəl yarışın Təşkilat Komitəsinin icraçı direktoru Tosiro Muto "Tokio-2020"nin təxirə salınacağı barədə xəbərləri təkzib edib. Hazırda Yaponiyada 11 vilayətdə koronavirus infeksiyalarının sayının artması səbəbindən fövqəladə rejim tətbiq olunur.

Qeyd edək ki, Tokio-2020 bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi