Nazim Sadıqov: "UFC-də nokautlarla müqaviləmin müddətini uzadacağam"

Fərdi
  • 05 sentyabr, 2022
  • 08:59
Nazim Sadıqov: UFC-də nokautlarla müqaviləmin müddətini uzadacağam

"Ümid edirəm ki, UFC-dəki 4 görüşümdə də parlaq qələbə qazanaraq müqaviləmin müddətini uzadacağam".

"Report"un xəbərinə görə, bunu UFC-də (Mütləq Döyüş Çempionatı) Azərbaycanı təmsil edəcək MMA idmançısı Nazim Sadıqov Bakı Dayaq Mərkəzində "Xaricdə yaşayan idmançılarla görüş" layihəsi üzrə keçirilən tədbirdə deyib.

Sadıqov UFC-yə gedən yoldan danışıb: "Azərbaycancam yaxşı olmadığı üçün ingiliscə danışmalı olacağam. Valideynlərim Bakıda yaşayıb. Mən isə Rusiyanın paytaxtı Moskvada doğulmuşam. 6 yaşımdan ABŞ-da oluram, orada məktəbə getmişəm".

İdmançı keçirdiyi döyüşlərindən də danışıb: "Avqustun 16-da "UFC Contemder Series"dəki döyüşümdə qalib gəldim. UFC prezidenti Deyna Uayt nokautlara, parlaq qələbələrə üstünlük verir. Mən də o döyüşdə nokautla qalib gəldim. Ümid edirəm ki, UFC-dəki 4 görüşümdə də parlaq qələbə qazanaraq müqavilə müddətini uzadacağam. Dekabrda UFC-də ilk döyüşümün olacağı gözlənilir".

Son xəbərlər

Bütün Xəbər Lenti