Naxçıvan Şahmat Federasiyasının kuboku uğrunda keçirilən muxtar respublika birinciliyi başa çatıb

Naxçıvan Şahmat Federasiyasının kuboku uğrunda keçirilən muxtar respublika birinciliyi başa çatıb Bakı. 13 oktyabr. REPORT.AZ/ Naxçıvan Şahmat Mərkəzində Şahmat Federasiyasının kuboku uğrunda keçirilən muxtar respublika birinciliyi başa çatıb.
Fərdi
13 Oktyabr , 2018 01:44
Naxçıvan Şahmat Federasiyasının kuboku uğrunda keçirilən muxtar respublika birinciliyi başa çatıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Naxçıvan Şahmat Mərkəzində Şahmat Federasiyasının kuboku uğrunda keçirilən muxtar respublika birinciliyi başa çatıb.

"Report"un məlumatına görə, muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayonların, ümumilikdə 8 komandası mübarizə aparıb.

Reqlamentə əsasən birincilikdə çıxış edən hər komandanın heyətində 4 oğlan və 2 qız şahmatçı iştirak edib. Belə ki, oğlanlar 8, 10, 12 və 14 yaş, qızlar isə 10 və 14 yaş qruplarında güclərini nümayiş etdiriblər. Xal hesablamalarda hər qələbəyə 2, heç-heçəyə isə 1 xal verilib. “Naxçıvan” komandası keçirdiyi 7 tur ərzində bütün görüşlərini qələbə ilə başa vuraraq Şahmat Federasiyasının kuboku uğrunda keçirilən birinciliyin qalibi olub. 10 xal toplayan “Babək” komandası birinciliyi ikinci pillədə başa vurub.

Sonda qalib komandalar kubokla, şahmatçılar isə diplom və medalla mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov və muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov təqdim ediblər.

Daha sonra Şahmat Federasiyasının sədri Seymur Talıbov federasiyanın məşqçi-müəllimləri ilə görüş keçirib, onların fikir və təkliflərini dinləyib, tapşırıq və tövsiyələrini verib. Yarışdan sonra idmançılar Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər.

Xatırladaq ki, Seymur Talıbov ötən ay Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri seçilib.

Son xəbərlər

Orphus sistemi