Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşə vəsiqə qazanıb

Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşə vəsiqə qazanıb Azərbaycan güləşçisi təsəlliverici görüşdə seneqallı rəqibini məğlub edib
Fərdi
18 Avqust , 2016 23:38
Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşə vəsiqə qazanıb

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 63 kq. çəki dərəcəsində çıxış edən Sinişin ilk təsəlliverici görüşdə seneqallı İzabelle Sambunu məğlub edib - 4:0.

O, bürünc medal qazanmaq üçün venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası da yenməlidir.

Qeyd edək ki, Nataliya Sinişin mübarizəyə 3 qat olimpiya və 13 qat dünya çempionu, yaponiyalı Saori Yoşidaya qarşı görüşlə başlayıb. Görüş Yoşidanın qələbəsi ilə yekunlaşıb - 0:4. Bununla belə, Yoşidanın finaladək irəliləməsi səbəbindən, Sinişin təsəlliverici görüşdə iştirak hüququna yiyələnib.

Son xəbərlər

Orphus sistemi