NASCAR rallisinin 7 mərhələsi təxirə salındı

NASCAR rallisinin 7 mərhələsi təxirə salındı NASCAR rallisinin təşkilatçıları 2020 mövsümünü koronavirus pandemiyası ilə əlaqədar təxirə salıb.
Fərdi
17 Mart , 2020 15:20
NASCAR rallisinin 7 mərhələsi təxirə salındı
GTplanet

NASCAR rallisinin təşkilatçıları 2020 mövsümünü koronavirus pandemiyası ilə əlaqədar təxirə salıb.

"Report" NASCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, bütün yarışlar mayın 3-dək dayandırılıb. Beləliklə, NASCAR-ın 7 mərhələsi qeyri-müəyyən müddətə ertələnib.

Bildirilib ki, yarışın rəhbərliyi 36 mərhələnin hamısını təşkil etməyi planlaşdırır və yaxın zamanda yeni təqvim cədvəli dərc olunacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 185 500-ə çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 331 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi