Yuxarı
    Bağlamaq

    ​Münaqişə Avropa Qran-Prisinin Bakıda təşkilinə təsir etməyəcək

    Yürüş planlaşdırdığımız kimi də olacaq. Hər şey qüvvədədir

    Bakı. 5 aprel. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi "Formula-1" üzrə Avropa Qran-Prisinin ilk dəfə Bakıda təşkilinə təsir etməyəcək.

    "Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai "R-Sport"a bildirib.

    O deyib ki, Gənclər və İdman Nazirliyi də belə bir açıqlama ilə çıxış edib:

    "Hər şey plan üzrə gedir. Yaranmış vəziyyətin heç bir təsiri yoxdur. Yürüş planlaşdırdığımız kimi də olacaq. Hər şey qüvvədədir".

    Qeyd edək ki, Avropa Qran-Prisi 17-19 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi