MOK-un “Olimpiya Gündəliyi 2020” Komissiyasının iki illik fəaliyyəti üzrə iclas keçirilib

MOK-un “Olimpiya Gündəliyi 2020” Komissiyasının iki illik fəaliyyəti üzrə iclas keçirilib Bakı. 17 dekabr. REPORT.AZ/ Milli Olimpiya Komitəsinin “Olimpiya Gündəliyi 2020” Komissiyasının iki illik fəaliyyəti üzrə iclas keçirilib.
Fərdi
1862
17 Dekabr , 2018 19:17
MOK-un “Olimpiya Gündəliyi 2020” Komissiyasının iki illik fəaliyyəti üzrə iclas keçirilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Milli Olimpiya Komitəsinin “Olimpiya Gündəliyi 2020” Komissiyasının iki illik fəaliyyəti üzrə iclas keçirilib. 

Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Komissiyanın sədri Azər Əliyev, həmçinin Olimpiya çempionu və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin direktoru Zemfira Meftahətdinova, Olimpiya çempionu və Gənclər və İdman Nazirliyinin İdman idarəsinin müdiri Fərid Mansurov, MOK-un İnformasiya və nəşrlər idarəsinin müdiri Cəmaləddin Rəhmanov, Marketinq idarəsinin müdiri Mehman Kərimov, İdman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov və MOK-un mətbuat katibi Əzizə İsmayilova iştirak ediblər.

“Olimpiya Gündəliyi 2020” Komissiyasının ilk fəaliyyəti kütləvi informasiya vasitələrinin dəstəyi ilə sağlam və fəal həyat tərzinin geniş kütləyə çatdırılması idi. Bu məqsədlə 2017-ci ildə Komissiya “Space” Müstəqil Teleradio Şirkəti ilə “İdman hamı üçün” verilişini hazırlayıb. Bu günə qədər 30 veriliş yayımlanıb ki, burada Olimpiya və qeyri-Olimpiya idman növləri, antidopinq və qış idman növlərinə həsr olunmuş MOK-un səfiri Tünzalə Ağayevanın iştirakı ilə xüsusi verilişlər yayımlanıb.

Milli Olimpiya Komitəsinin yeni layihəsi Olimpiya Mədəniyyəti və Təhsil Proqramı Bakı 2019 Yeniyetmələrin Yay Olimpiya Festivalı çərçivəsində Olimpiya dəyərləri və hərəkatının təşviqidir. Layihə çərçivəsində Olimpiya Gündəliyi 2020 tövsiyələrinə uyğun olaraq, ölkədə Olimpiya təhsilinin gücləndirilməsi; Bakı 2019 XV Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalının ölkə daxilində və xaricində təbliği; Məktəblilər arasında bədən tərbiyəsi və idmanın təşviqi; Olimpiya Gündəliyi 2020 tövsiyələrinə uyğun olaraq, ölkədə Olimpiya təhsilinin gücləndirilməsi; Bakı 2019 XV Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalının ölkə daxilində və xaricində təbliği; Məktəblilər arasında bədən tərbiyəsi və idmanın təşviqi əsas məqsədlərdir.

“Olimpiya Gündəliyi-2020” 2014-cü il dekabrın 8-9-da Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Monakoda keçirilən 127-ci sessiyasında yekdilliklə təsdiq edilib. Olimpiya 20+20 tövsiyələr sənədi 2014-cü ilin sentyabr ayından fevraladək İOC müxtəlif təşkilatlar və şəxslərdən 40 000-dən artıq təklif qəbul edərək onları 1200 ideyada qruplaşdırıb. 14 işçi qrup bütün təklif və ideyaları təhlil etdikdən sonra 20+20 TÖVSİYƏ sənədi hazırlayıb.

Beynəlxalq Olimpiya Komitəsinin, xüsusilə “Olimpiya Gündəliyi 2020”yə dəstək olaraq 2017-ci ilin yanvar ayında “Olimpiya Gündəliyi 2020” Komissiyasının əsasını qoyub. Komissiyanın əsas məqsədi 2017-2020-ci illərdə Azərbaycanda Olimpiya hərəkatının və olimpizmin yeni inkişaf mərhələsinə nail olmaq, ölkədə Olimpiya təhsilinin gücləndirmək, “Dayanıqlı inkişaf”, “Gender bərabərliyi”, “İdman hamı üçün” sahələri üzrə inkişaf etdirməkdir.

Son xəbərlər

Orphus sistemi