MOK-un 30 illiyi münasibətilə kitab hazırlanır

MOK-un 30 illiyi münasibətilə kitab hazırlanır Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illiyi münasibətilə kitab hazırlanır.
Fərdi
2 Dekabr , 2021 15:25
MOK-un 30 illiyi münasibətilə kitab hazırlanır

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illiyi münasibətilə kitab hazırlanır.

"Report"un məlumatına görə, bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

O bildirib ki, artıq bunun üçün müvafiq materiallar toplanır: "30 illik fəaliyyətimiz üçün kitab hazırlayırıq. Ora yalnız Avropa çempionatlarında qızıl medallar qazananları salırıq. Halbuki əvvəllər sayları o qədər az idi ki, gümüş və bürünc medalçıları da daxil edirdik".

Hüseynzadənin sözlərinə görə, 1997-ci ildə idmançılarla görüş keçirmək istəyəndə olimpiya növlərində Avropa və dünya çempionu tapa bilmirdilər: "Ona görə də ulu öndərlə görüşlərdə qeyri-olimpiya növlərində çempionları toplayırdıq. İndi isə olimpiya növləri üzrə çempionların sayı-hesabı bilinmir".

Son xəbərlər

Orphus sistemi