MOİK və Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri arasında görüş keçirilib

MOİK və Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri arasında görüş keçirilib Bakı. 27 sentyabr. REPORT.AZ/ Mərkəzi Ordu İdman Klubu (MOİK) və Beynəlxalq Cüdo Federasiyasının (IJF) nümayəndələri arasında görüş keçirilib.
Fərdi
27 Sentyabr , 2018 11:28
MOİK və Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri arasında görüş keçirilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Mərkəzi Ordu İdman Klubu (MOİK) və Beynəlxalq Cüdo Federasiyasının (IJF) nümayəndələri arasında görüş keçirilib.

“Report” xəbər verir ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev ölkəmizdə səfərdə olan IJF rəsmisi Stefan Marginean ilə görüşüb.

Görüşdə hərbi təhsil müəssisələri və hərbi hissələrdə cüdo idman növünün tədris proqramına daxil edilməsi, tədris materialları ilə təmin olunması haqqında müzakirələr aparılıb, eləcə də birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Son xəbərlər

Orphus sistemi