MOİK-in idmançıları Hərbçilərin VII Dünya Oyunlarına yola düşüb

MOİK-in idmançıları Hərbçilərin VII Dünya Oyunlarına yola düşüb Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Hərbçilərin VII Dünya Oyunlarında iştirak etmək üçün Çinin Uxan şəhərinə yola düşüb.
Fərdi
18 Oktyabr , 2019 12:17
MOİK-in idmançıları Hərbçilərin VII Dünya Oyunlarına yola düşüb

Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Hərbçilərin VII Dünya Oyunlarında iştirak etmək üçün Çinin Uxan şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən "Report"a daxil olan məlumata görə, bu gün başlayan yarış oktyabrın 28-də başa çatacaq. Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi yarışda ölkəni MOİK-in güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək.

Oyunlarda 100-dən çox ölkənin 10 minədək hərbçisinin iştirak edəcəyi 27 növ üzrə 329 yarış hərbçilərin ən böyük Dünya Oyunlarıdır.

Son xəbərlər

Orphus sistemi