"İndi atamla bir-birimizi daha yaxşı başa düşərdik. Çünki eyni dildə - yarış dilində söhbət edərdik".
"Report"un məlumatına görə, bu fikirləri "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Mik Şumaxer atası Mixael Şumaxer haqqında danışarkən deyib.
O, atası ilə çox şey haqqında söhbət edə biləcəyini söyləyib: "Çox vaxt düşünürəm ki, atamla danışmaq necə də xoş olardı. Bunun üçün hər şeyi verərdim".
Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.