Mixael Şumaxer xəstəxanadan buraxılıb

Mixael Şumaxer xəstəxanadan buraxılıb Formula-1in yeddiqat çempionu Mixael Şumaxer Jorj Pompidu adına Paris Klinikasından buraxılıb.
Fərdi
16 Sentyabr , 2019 06:44
Mixael Şumaxer xəstəxanadan buraxılıb

"Formula-1"in yeddiqat çempionu Mixael Şumaxer Jorj Pompidu adına Paris Klinikasından buraxılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalist Jan-Mişel Dekyuji bildirib.

Onun sözlərinə görə, Şumaxer bu yaxınlarda Paris klinikasından gizli buraxılıb. Jurnalist qeyd edib ki, keçmiş idmançının müalicə üsulları naməlumdur və diqqətlə gizlədilir.

"Bizə yalnız məlumdur ki, ona qan köçürülüb, hansına ki, gövdə hüceyrələri əlavə edilib. Bunlar beyin də daxil olmaqla, onun bütün orqanizminin vəziyyətinə müsbət təsir etməlidir", - Dekyuji BFMTV telekanalının efirində deyib.

Son xəbərlər

Orphus sistemi