Minskdəki idman obyektləri II Avropa Oyunlarını qəbul etməyə hazırdır

Minskdəki idman obyektləri II Avropa Oyunlarını qəbul etməyə hazırdır Belarusun paytaxtı Minskdəki idman obyektləri II Avropa Oyunlarını qəbul etməyə hazırdır.
Fərdi
9 Aprel , 2019 15:41
Minskdəki idman obyektləri II Avropa Oyunlarını qəbul etməyə hazırdır

Belarusun paytaxtı Minskdəki idman obyektləri II Avropa Oyunlarını qəbul etməyə hazırdır.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə II Avropa Oyunlarının Koordinasiya Komissiyasının sədri və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos bildirib.

“Bütün obyektlər Oyunları yüksək səviyyədə qəbul etməyə hazırdır. Hazırki məqamda təkcə əla arenalardan deyil, yarışlar zamanı xidmət göstərəcək işçi qrupundan danışmaq olar”, - S.Kapralos vurğulayıb.

Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub.

Son xəbərlər

Orphus sistemi