ACF-nin böyük performans analitiki: “Dünya çempionatında 4 tarixi hadisə yaşandı”

ACF-nin böyük performans analitiki: “Dünya çempionatında 4 tarixi hadisə yaşandı” “Dünya çempionatında 4 tarixi hadisə yaşandı”.
Fərdi
28 Avqust , 2023 17:17
ACF-nin böyük performans analitiki: “Dünya çempionatında 4 tarixi hadisə yaşandı”

“Dünya çempionatında 4 tarixi hadisə yaşandı”.

Bunu “Report”un Xorvatiyanın paytaxtı Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) böyük performans analitiki Zaur Babayev yeniyetmə cüdoçulardan ibarət millinin dünya çempionatındakı çıxış barədə danışarkən deyib.

Mütəxəssis yığmanın mundialdakı nəticələrini yüksək qiymətləndirib: “Həm medalların sayına, həm də əyarına görə birinci olduq. Özü də Yaponiya millisini qabaqlayaraq. Bu, oğlanlar və qızlardan ibarət komandaların məşqçilərinin birgə fəaliyyətinin nəticəsidir. Onlar istiqaməti doğru götürdülər. Bu tarixi nailiyyətlər bizim üçün qürurvericidir”.

Zaur Babayev digər diqqətçəkən məqamları da xüsusi vurğulayıb: “Tarixdə ilk dəfə xanım cüdoçumuz dünya çempionu adını qazandı. Bunu Xədicə Qədəşova (52 kq) reallaşdırdı. Üçüncü tarixi hadisə 50 kq çəki dərəcəsində iki idmançımızın finalda üz-üzə gəlməsi idi. Nəhayət, ağır çəki dərəcəsində Ramazan Əhmədov (+90 kq) bürünc medal qazandı”.

O, cüdoçuların komandalararası yarışın finalında Fransaya məğlubiyyətinin səbəbindən də bəhs edib: “Fransa ilə görüş bizim üçün revanş idi. Vüsalə Hacıyeva (48 kq) yarımfinalda qadağan olunmuş fənd işlətdiyi üçün finala çıxa bilmədi. Həlledici dueldə ehtiyat cüdoçu ilə çıxış etdik. Fransa da ötən ilin dünya çempionu idi. Həm qazanılan medallara görə birinci olmaq, həm də komanda hesabında ikinci yeri tutmaq Azərbaycan üçün böyük zəfərdir”.

Analitik əsas medal ümidlərindən sayılan Vüsalə Hacıyevanın uğursuz çıxışını çəkisi ilə əlqələndirib: “Qazanılan uğurlara kölgə salacaq heç bir nüans yoxdur. Hər şey ən yüksək şəkildə idi. İdmançı uda da bilər, uduza da. Vüsalənin çəki salmasında çətinliklər olmuşdu. Dünya çempionatında məğlub olmasını bununla əlaqələndirərdim”.

Qeyd edək ki, Azərbaycan cüdoçuları dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi