Gimnaziyada fəaliyyət göstərməyimiz gələcəkdə Azərbaycan güləşinə böyük töhfələr verəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək sərbəst güləşçilərdən ibarət yığmasının böyük məşqçisi Əsgərxan Novruzov Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Gimnaziyada təşkil olunan media tur zamanı jurnalistlərə açıqlamasında deyib.
O, Gimnaziyada fəaliyyət göstərməyin faydalarından danışıb:
"2024-cü ilin əvvəlindən Gimnaziyada fəaliyyət göstəririk. Fevralda 26 şagird sərbəst güləşlə məşğul olurdusa, hazırda bu rəqəm 44-ə bərabərdir. Buranı artıq güləş akademiyası da adlandırmaq olar. Bu, Azərbaycan Güləş Federasiyasının idmançıların daha yaxşı yetişməsi üçün atdığı ən yaxşı addımlarından biri oldu. Gimnaziyada fəaliyyət göstərməyimiz gələcəkdə Azərbaycan güləşinə böyük töhfələr verəcək".