Güləş millimizin məşqçisi vəfat etdi

Güləş millimizin məşqçisi vəfat etdi Azərbaycan güləş ictimaiyyəti ağır itki ilə üzləşib. Yeniyetmə və gənc qızlardan ibarət millimizin məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib. Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərb
Fərdi
18 Noyabr , 2020 12:34
Güləş millimizin məşqçisi vəfat etdi
0 : 00
0 : 00

Azərbaycan güləş ictimaiyyəti itki ilə üzləşib.

"Report"un məlumatına görə, yeniyetmə və gənc qızlardan ibarət millinin məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib.

Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərbaycan çempionatının qalibi, xüsusən, qadın güləşinin inkişafında pay sahibi olan İ.Hüseynov uzun illər qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərib.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, məşqçilər, idmançı heyəti mərhumun yaxınlarına və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi