Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan beynəlxalq yarış keçiriləcək

Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan beynəlxalq yarış keçiriləcək Bakı. 8 may. REPORT.AZ/ Mayın 22-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunan Qaradəniz və Xəzəryanı ölkələrin karateçiləri arasında çempionat keçiriləcək.
Fərdi
8 May , 2018 20:33
Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan beynəlxalq yarış keçiriləcək

Bakı. 8 may. REPORT.AZ/ Mayın 22-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunan Qaradəniz və Xəzəryanı ölkələrin karateçiləri arasında çempionat keçiriləcək.

“Report” xəbər verir ki, "Sərhədçi" Olimpiya İdman Mərkəzində üç gün davam edəcək yarışda 10-dək ölkənin idmançılarının iştirakı gözlənilir. 

Xatirə turniri üç gün ərzində müxtəlif çəkilərdə 6 yaşlı uşaqlardan veteran idmançılaradək çıxışları əhatə edəcək.

Mayın 8-də - Aqarunovun şəhid olduğu gün döyüş yoldaşları Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib, xatirələrini bölüşüblər. Xatirə yarışının həmtəşkilatçısı Azərbaycan Milli Karate Federasiyasını (AMKF) tədbirdə Media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov və "Arpaçay" karate klubunun prezidenti Yavər Hüseynov təmsil edib.

Mərasim üçün İsraildən təşrif buyuran şəhidin qardaşı Rantik Aqarunov və yəhudi icmasının nümayəndələri, həmçinin Aqarunovun döyüş yoldaşları, onun xatirəsini yad etmək məqsədilə təşkil olunan turnirə görə Gənclər və İdman Nazirliyinə, eləcə də AMKF-ə minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi