Milli Paralimpiya Komitəsinin növbədənkənar iclasının gündəliyi açıqlanıb
Fərdi
- 19 iyul, 2023
- 08:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Milli Paralimpiya Komitəsinin növbədənkənar iclasının gündəliyi açıqlanıb.
Komitədən “Report”a verilən məlumata görə, iyulun 24-də keçiriləcək ümumi yığıncaqda bəzi məsələlər müzakirə olunacaq.
İlqar Rəhimovun prezident vəzifəsindən istefasının təsdiqinin ardından yeni rəhbər seçiləcək. Həmçinin, qurumun vitse-prezidentləri ilə bağlı seçki olacaq.
Gündəlikdəki digər məsələ Milli Paralimpiya Komitəsinin Nizamnaməsində müəyyən əlavə və dəyişikliklərin edilməsidir.
Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil olunacaq növbədənkənar ümumi yığıncaq saat 11:00-da başlayacaq.
Son xəbərlər
11:11
Azərbaycan dəri istehsalını 23 % artırıb
Sənaye
11:10
Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb
Hadisə
11:00
Azərbaycandakı sığorta şirkətlərinin öhdəliklərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:50
Foto
Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub
Sağlamlıq
10:48
Estoniya XİN rəhbəri: Tallin Bakı ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığa hazırdır - Eksklüziv
Xarici siyasət
10:45
Tsahkna: Estoniya Azərbaycanla yeni birgə layihələri hədəfləyir - Eksklüziv
Xarici siyasət
10:40
Bərdədə ər-arvad dəm qazından zəhərlənib, biri ölüb
Hadisə
10:40
Azərbaycan şahmatçısı Xaqan Əhməd gənclər arasında dünya çempionatında gümüş medal qazanıb
Fərdi
10:32
Azərbaycan pambıq mahlıcı istehsalını 20 %-ə yaxın artırıb
Sənaye